Fərqli vaksinlərin hamısı eyni təsirə malikdir? - Müstəqil tibbi-bioloji ekspertin rəyi...

Həkim-psixiatr: “Eyni xəstəliyə qarşı immunobioloji tərkibi müxtəlif olan vaksinlərdən istifadə edilə bilməz. Əlbəttə, əgər söhbət həqiqi vaksinlərdən gedirsə...”

“Bu “vaksin” adlandırılan maddələrin təsir gücü eynidir, lakin həmin təsirlərin başlama vaxtı və müddəti bir qədər fərqlidir. Ən əsası odur ki, bu maddələrin insanlara məhz necə təsir edəcəkləri yalnız onları hazırlayan, satan və təbliğ edən insanlara məlumdur”.

Bu sözləri müstəqil tibbi-bioloji ekspert Abdulla Şıxlınski fərqli vaksinlərin təsirini PİA.az-a şərh edərkən bildirib.

Bilirik ki, hazırda dünyada koronavirusa qarşı onlarla vaksin tətbiq olunur. Vaksin istehsalçıları arasında isə faktiki müharibə getdiyi də göz önündədir.

Dünyada COVİD-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə işlər davam edərkən Azərbaycanın seçimi ilk olaraq Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu. Dünən isə baş nazirin imzaladığı sərəncamla Azərbaycanın Rusiya istehsalı olan peyvəndi də alacağı məlum oldu.

Müxtəlif adda olan COVİD-19 vaksinləri ilə bağlı PİA.az-ın əməkdaşı müstəqil tibbi-bioloji ekspert, həkim-psixiatr Abdulla Şıxlinski ilə kiçik müsahibə edib.

Abdulla Şıxlinski: “Bütün bu “vaksinlərin” tətbiq məqsədi eynidir, tərkibləri isə yalnız onu hazırlayan və sifariş verən qüvvələrə məlumdur”.

PİA.az həkim-psixiatr Abdulla Şıxlinski ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Abdulla həkim, bilirik ki, hazırda koronavirusa qarşı dünyada 10-a yaxın vaksin tətbiq olunur. Bu vaksinlər eyni tərkiblidirmi və yaxud təsir gücünə görə bir-birlərindən nəylə fərqlənir?

- Əgər söhbət COVİD-19-a qarşı olan vaksinlərdən gedirsə, belə bir vaksin mövcud deyil. Yeni təhlükəsiz və effektiv insan vaksininin hazırlanması üçün ın azı 20 il vaxt tələb olunur. Müasir dövrdə yeni təhlükəsiz və effektiv vaksin istehsalı 3 texnologiya əsasında aparılır:a) Biotexnologiyalar.B) Nanotexnologiyalar.V) Kompyuter texnologiyaları

Bu 3 texnologiyadan əlavə başqa heç bir texnologiya yoxdur. Həmin 20 il müddəti həmin texnologiyaların tətbiqi baxımından götürülür. Məşhur Avstriya mikrobioloqu Aleksandr Belskinin fikrinə görə, hal-hazırda dünyada 20 ildən tez vaksin hazırlamaq texnologiyası və faktı yoxdur.

Abdulla Şıxlinski: “ÜST vaksinlərin hesabına dolanır, ona görə də bütün dünyanı vaksinləşməyə səsləyir”.

Hal-hazırda əslində bütün vaksinlər yalnız bir korporasiyanın nəzarəti altında istehsal olunur. Həmin korporasiya dünyanın ən böyük ölkələrindən birində yerləşir. Başqa istehsalçılar isə filiallardır. Bütün bu “vaksinlərin” tətbiq məqsədi eynidir, tərkibləri isə yalnız onu hazırlayan və sifariş verən qüvvələrə məlumdur. Bu “vaksin” adlandırılan maddələrin təsir gücü eynidir, lakin həmin təsirlərin başlama vaxtı və müddəti bir qədər fərqlidir. Ən əsası odur ki, bu maddələrin insanlara məhz necə təsir edəcəkləri yalnız onları hazırlayan, satan və təbliğ edən insanlara məlumdur. Professor Pavel Andreeviç Vorobyov son çıxışlarından birində aşağıdakıları qeyd edir: "Bu maddə heç bir infeksion xəstəlikdən qorumur, əksinə, infeksion xəstəliklərə meyillilik yaradır və insan genofondunu yenidən qurur”.

İstehsalçılar isə əslində heç bir müharibə etmirlər - bu bir reklam aksiyasıdır, yalnız “vaksinləri” təbliğ etmək üçündür.

- Bu günə qədər dünya praktikasında eyni xəstəliyə qarşı fərqli vaksinlərdən isrifadə olunubmu?

- Eyni xəstəliyə qarşı immunobioloji tərkibi müxtəlif olan vaksinlərdən istifadə edilə bilməz. Əlbəttə, əgər söhbət həqiqi vaksinlərdən gedirsə... Dünya şöhrətli immunoloq Vladimir Sergeyevin fikrincə, dünya praktikasında belə faktlar məlum deyil, söhbət insan həyatından gedir, burada istənilən oyunbazlıq yolverilməzdir.

- Sizcə niyə ÜST bir vaksini seçib onun kütləvi istehsalı ilə məşğul olmur?

- ÜST-vaksin istehsal edən təşkilat deyil, vaksinlər mütəxəssislər tərəfindən farmasevtik korporasiyalarda istehsal olunur. ÜST yalnız bu vaksinlərin satılması, təbliği və hissəvi nəzarətini həyata keçirir. Vaksinlə bağlı olan hər bir əməliyyat ÜST-ün biznesidir. ÜST vaksinlərin hesabına dolanır, ona görə də bütün dünyanı vaksinləşməyə səsləyir.

- Abdulla həkim, bəs koronavirus pandemiyasından əvvəl ÜST nəylə maliyyələşirdi? Ümumiyyətlə üzv dövlətlərin üzvlük haqqından və ianələdən başqa ÜST-ün maliyyə mənbəyi varmı və ÜST-ün bizneslə məşğul olması nə qədər inandırıcıdır?

- ÜST yaranandan bəri ABŞ tərəfindən maliyyələşdirilib.Lakin hələ "covid-19 pandemiyasından" xeyli əvvəl ABŞ prezidenti özünün rəsmi bəyənatında bildirdi ki, ABŞ ÜST-nin maliyyələşdirilməsini dayandırır. Səbəb kimi ÜST-nin kriminal bizneslə və müxtəlif vaksin dələduzluqları ilə, süni epidemiyaların yaradılması, yalançı epidemiyaların elan olunması ilə məşğul olması kimi ABŞ tərəfindən təsdiq olunmuş faktlar göstərilirdi.

Üzvlük haqqları və ianələr ÜST-nin gəlirlərinin cüzi hissəsi idi. Əsas gəlir mənbəyi ABŞ-ın rəsmi maliyyə dəstəyi idi ki, ÜST bundan da məhrum oldu və bir qədər çətin vəziyyətə düşdü. Məhz belə bir çətin məqamda Qlobal Oliqarxat ÜST-ə 3 milliarda qədər təmənnasız maliyyə köməyi təklif etdi. Lakin bu köməyin müqabilində ÜST Qlobal Qüvvələrin sifarişi ilə hələ 2005-ci ildən planlaşdırılan "covid pandemiyasını" elan etməli idi. Bu zaman ÜST rəhbərliyi ÜST nizamnaməsinə zidd olaraq öz iradəsi ilə dünyada onda da, indi də heç bir meyarı olmayan yalançı pandemiyanı elan etdi.

Bu ÜST üçün çox perspektivli biznes oldu: psevdopandemiya pərdəsi altında ÜST məhz 3 mənbədən yeni gəlirlər götürməyə başladı:

1.Testlərin satılması.

2.Maskaların satılması.

3.Vaksin adlandırılan, tərkibi məlum olmayan maddələrin vurulması.

Qeyd edim ki, pandemiyanı ÜST-nin öz nizamnaməsinə görə yalnız ÜST-nin assambleyası elan edə bilər. Lakin assambleyanın indiyə qədər belə bir qərarı yoxdur, assambleya bu cinayətə getməkdən çəkindi. O zaman ÜST-nin rəhbərliyi bütün məsuliyyəti üzərinə götürərək indiki "pandemiyanı" elan etdi. Əslində bütün bunlar dünya ictimayyətinə çoxdan məlumdur, burda heç bir yeni şey yoxdur.

ÜST mövcud olduqca, dünyada çoxlu yeni pandemiyalar ola bilər. ÜST özü də bunu gizlətmir, epidemiya və pandemiyalar qurtaran kimi ÜST-nin gəlirləri azalır.Bu həmişı belə olub, ona görə də ÜST fasiləsiz olaraq Afrika qitəsində həmişə epidemiyalar təşkil edib. Lakin bu dəfə Qlobal Qüvvələr öz planlarını reallaşdırmaq üçün ÜST-dən Qlobal pandemiya tələb etdilər və ÜST bu sifarişi can-başla yerinə yetirdi.

Nərminə UMUDLU

pia.az