Qarabağda sülhməramlılar üçün 9-cu modul şəhərcik salındı

Azərbaycanın Əsgəran rayonunda Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən 60 yerlik blok-modul şəhərciyi salınıb.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu, sülhməramlı kontingentin hərbi heyəti üçün tikilən sayca doqquzuncu şəhərcikdir. Burada şəxsi heyətin rahat yaşayışı üçün lazımı şərait təmin edilib, şəhərcikdə yeməkxana, hamam və camaşırxana məntəqələri fəaliyyət göstərir. Eyni zamanda şəhərcik enerji təchizatı, isitmə, su təchizatı, kanalizasiya və digər bütün zəruri komponentlərlə təchiz olunub.

Yaşayış yerləri mebel və məişət texnikaları ilə təmin olunub, süni örtüklü idman zalı yaradılıb.

pia.az