Bakıda 65 yaşlı kişi meyiti aşkarlandı

Bakı şəhərinin Sabunçu rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Pototskiy Mixail Yevqenyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

pia.az