Meqan Markl: “Mən artıq yaşamaq istəmirdim”

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl krallıq vəzifələrini yerinə yetirən zaman intihar düşüncələrinə gəldiyini etiraf edib.

Azvision.az xəbər verir ki, bu barədə o, “CBS”ə müsahibəsində deyib.

“Mən artıq yaşamaq istəmirdim. Bu, çox aydın, real və qorxulu bir fikir idi”, - Meqan əlavə edib.

O, öz ehtiyacları ilə bağlı Bukinqem sarayından kömək istədiyini bildirib, lakin ona bunun kral ailəsinə fayda verməyəcəyi söylənilib.

Müsahibə zamanı Markl şahzadə Harri ilə rəsmi toydan üç gün əvvəl evlərinin həyətində baş tutan gizli nikah mərasimi barədə də danışıb.

Xatırladaq ki, 2020-ci ilin yanvarında şahzadə Harri və Meqan böyük kral ailəsinin vəzifələrindən imtina edib, Bukinqem sarayından maliyyə müstəqilliyi almağa qərar veriblər.

pia.az