“Rusiya ilə müharibəyə hazır olan yeniyetmələrin sayı artır” - Estoniyanın Müdafiə naziri

“Sosioloji sorğulara əsasən, Estoniyada yeniyetmələrin 63 faizi Rusiya ilə mümkün müharibəyə hazırdır”.

Bu, keçirilən sosioloji sorğularda üzə çıxıb.

Ötən il bu göstərici 54 faiz olub.

Bundan əvvəl Estoniyanın müdafiə naziri Kalle Laanet Rusiya ilə müharibəyə hazır olan yeniyetmələrin sayının artdığını bildirib.

Rusiyada isə hesab edirlər ki, rəsmi Tallin əhali arasında rusofobiyanı məqsədli şəkildə yayır.

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşı Leonid Vardomski bu kimi meylləri Estoniya hökumətinin ideyası adlandırıb. O bildirib ki, bununla rəsmi Tallin ölkə vətəndaşlarının diqqətini ölkənin əsas problemlərindən yayındırmağa çalışır.  Ekspertin sözlərinə görə, adı çəkilən ölkədə məktəblərin yuxarı siniflərində təhsil alan şagirdlər arasında anti-Rusiya təbliğatı daha güclü şəkildə aparılır. 

Qeyd edək ki, bundan əvvəl K. Laanet rəsmi Moskvanın ölkəsinin təhlükəsizliyinə real təhdid olduğunu bəyan edib.

pia.az