Məşhur sənətçi qəfil vəfat etdi

Türkiyənin məşhur dizayneri Əsli Yılmaztürk vəfat edib.

Musavat.com xəbər verir ki, 34 yaşlı Yılmaztürk istirahət üçün gəldiyi Muğlanın Ula rayonunda dünyasını dəyişib.

Onun mətbəxdən sızan qazdan zəhərləndiyi bildirilir. Məlumata görə, Əslidən xəbər ala bilməyən yaxınları polisə xəbər veriblər. Dərhal əraziyə gələn asayiş keşikçiləri xanımın cəsədini onun yaşadığı evdə tapıblar.

pia.az