Hakimin üzünə yumruq vurdu, 5 il futboldan uzaqlaşdırıldı - Video

Qvatemalanın üçüncü divizionunda "San-Lorentso Coqo Fut"da çıxış edən Erik Entoni Qarsiya 5 illik futboldan kənarlaşdırılıb.

"Bakupost" xəbər verir ki, buna oyunçunun "Tiburones"lə matçda baş hakimi yumruğu ilə vurması səbəb olub.

72-ci dəqiqədə hakim Qarsiyaya qırmızı vərəqə göstərib. Əvvəlcə komanda yoldaşları onu sakitləşdirməyə çalışıb, lakin futbolçu hakimə tərəf gedərək onun üzünə yumruqla vurmağı bacarıb.

pia.az