Bir sutkada Gürcüstanda koronavirusdan 10 nəfər öldü

Gürcüstanda ötən sutkada koronavirusa 390 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 272 262-yə, ölənlərin sayı isə 3 563-ə yüksəlib.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 172 nəfər artaraq 266 253-ə çatıb.

pia.az