İrəvanda müxalifətin mitinqi başa çatıb - Yenilənib

İrəvanda müxalifətin mitinqi başa çatıb.

İrəvanın mərkəzində parlament binası yaxınlığında keçirilən müxalifət birliyinin mitinqi başa çatıb. 

APA TASS-a istinadən xəbər verir ki, mitinq zamanı Baş nazir Nikol Paşinyanın tərəfdarları ilə müxalifət qüvvələri arasında toqquşma qeydə alınmayıb.

Müxalifət liderlərindən biri qeyd edib ki, bu gün mitinq sona çatsa da, meydanı tərk etməyəcəklər. 

Etiraz aksiyası təxminən üç saat davam edib. Mitinqə keçmiş KTMT baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanetsyan da qatılıb. 

***

Ermənistanın birləşmiş müxalifətinin "Vətənin qurtuluşu üçün Hərəkat"ının Yerevanın mərkəzində, parlament binası qarşısında keçirilən mitinqi başa çatıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, aksiya polislə və baş nazir Nikol Paşinyanın tərəfdarları ilə toqquşmalarsız keçib.

"Biz bu gün mitinqi qurtarırıq. Gecə burada qalacağıq və Ermənistanın azad olunması məhz buradan başlanacaq", - müxalifət hərəkatının liderlərindən biri bildirib. Mitinq demək olar, üç saat davam edib. Aksiyada müxtəlif siyasətçilər - Yuri Xaçaturov, sabiq müdafiə naziri Seyran Ohanyan və Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanesyan çıxış edib.

Mitinq iştirakçılarının bir hissəsi gecələmək üçün parlament binası qarşısında qurulan çadırlarda qalıb. Təşkilatçılar bildiriblər ki, növbəti aksiyalar barədə əlavə məlumat verəcəklər

pia.az