Gəncədə ər-arvad dəm qazından zəhərlənib

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Şəhərin Məshəti qəsəbəsində 1980-ci il təvəllüdlü Babayev Elbrus və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Bağırova Sahibə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.(apa)

pia.az