Mingəçevirdə mənzildən meyit tapılıb

Mingəçevirdə mənzildən kişi meyiti tapılıb.

PİA.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Əliyev Nizami Məcnun oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

pia.az