Somalidə generala qarşı sui-qəsd cəhdi

Somalinin paytaxtı Moqadişoda yol kənarında bomba partlaması nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, partlayış Xodan rayonunda Müdafiə Qüvvələri rəhbərinin müavini, general Abas Amin Əlinin kortecinin keçdiyi vaxt baş verib. Partlayış zamanı generalın mühafizəçilərindən ikisinin öldürüldüyü, digərinin yaralandığı bildirilir. Generalın özü isə xəsarət almayıb.

Əş-Şabab terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

pia.az