Yanvar-fevral aylarında elektron qaydada təqaüd təyin olunanların sayı açıqlanıb

2021-ci ilin yanvar-fevral aylarında elektron qaydada təqaüd təyin olunanların sayı 3584 nəfər olub.

Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, onların 40,6%-i kişi, 59,4 faizi isə qadındır.

pia.az