Paşinyanı devirməyə cəhd edən Onik Qasparyan hələ Baş qərargah rəisidir

Baş nazir Nikol Paşinyan Baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqda əmr versə də o, hələ vəzifələrini icra edir. Çünki Baş qərargah rəisinin vəzifəsindən azad edilməsi haqda təqdimata prezident baxmalıdır və müvafiq fərman imzalamalıdır. Bu haqda konstitusiya məsələləri üzrə ekspert Vardan Ayvazyan bildirib.

Onun sözlərinə görə, Baş qərargahın Paşinyanı dərhal istefaya çağıran vəyanatı ölkənin əsas qanununa tam uyğundur və Konstitusiya ilə ziddiyət təşkil etmir. “İlk dəfədir ki, silahlı qüvvələr hakimiyyətə əsas cavabdehi öz rəqiblərinə qarşı qanunsuz hərəkətlərə və zorakılığa əl atmamağa çağırır”,-Ayvazyan qeyd edib.

Qeyd edək ki, Paşinyan öz tərəfdarları qarşısında çıxışı zamanı Onik Qasparyanı və onunla birlikdə hökumətə qarşı bəyanat verən generalları vəzifələrindən azad etdiyini bildirmişdi. Paşinyan tərəfdarlarını əmin edir ki, ordu hələ ona tabedir, amma vəziyyət gərgindir. (virtualaz.org)

pia.az