BŞİH-nin ayırdığı, Azad Rəhimovun şirkətinin xərclədiyi 400 min manat…

“Artıq uşaq bağçalarının fəaliyyəti bərpa olunub. Düşündüm ki, məktəbəqədər təhsil müəssisələrinin işləmədiyi müddətdə bəlkə də Bakı Şəhər İcra Hakimiyyəti bağçalara qəbul üçün elektron bir sistem hazırlaya bilib. Xatırlayıram ki, iki-üç il öncə, 2018-ci ildə dövlətə məxsus bağçaların tabe olduğu BŞİH rəsmisi uşaq bağçalarına qəbulun elektronlaşacağını bildirmişdi”.

PİA.az xəbər verir ki, bu fikirləri Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bağçalara qəbul prosesinin şəffaflaşmamasını şərh edərkən deyib.

Osman Gündüzün sözlərinə görə, bağçalara qəbulun ənənəvi qaydada aparılması korrupsiya imkanlarını artırır:

“O da yadımdadır ki, “Açıq hökumətin təşviqi üzrə” Milli Fəaliyyət Proqramı müzakirə olunarkən Təhsil Nazirliyin məsul nümayəndəsi BŞİH-in nümayəndəsinə bildirdi ki, artıq TN-də 1-ci siniflərə və məktəbə hazırlığa qəbulla bağlı oxşar informasiya sistemi qurulub və onlar bunu quruma təqdim edə bilərlər.

Lakin görünür, BŞİH-də ayrı küləklər əsir…

BŞİH-in rəsmi saytından (əgər rəsmi sayt demək mümkünsə), dövlət bağçalarının siyahılarından belə qənaətə gəlmək olur ki, hələlik bağçalara qəbul elektronlaşmayıb və ənənəvi qaydada aparılır. (qaynarinfo.az)

pia.az