Hindistanda çay daşqını nəticəsində 100-150 nəfər ölüb

Hindistanda buzlağın əriməsi nəticəsində baş verən daşqın zamanı təxminən 100-150 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalındakı Uttarkhand ştatında baş verib.

Daha əvvəl ANI agentliyi buzlağın əriyərək enişindən sonra Dxauliqanq çayında suyun səviyyəsinin qalxması barədə məlumat yayıb. Hadisə zamanı çayda tikilən elektrik stansiyasına da zərər dəyib.

pia.az