Ukrayna Qarabağdakı kimi müharibəyə başlasa... - Saakaşvili

Ukraynaya müharibəyə başlayarsa, Mariupol və Xerson kimi şəhərlər də Rusiyanın nəzarətinə keçəcək. Çünki Rusiyanın platsdarm yaratmaq və Krımı su ilə təmin etmək üçün bu şəhərləri ələ keçirməyə ehtiyacı var.

Bu açıqlama ilə Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili çıxış edib.

Qeyd edək ki, son günlər Ukraynanın Donbassda müharibəyə hazırlaşdığı haqda ən müxtəlif səviyyələrdə iddialar var. Ötən həftə Donbassdakı qondarma qurumların vaxtilə birləşdiyi “Novorossiya parlamenti”nin sabiq spikeri Rusiya mətbuatına gözlənilən müharibə təhlükəsindən danışmış və Qarabağ müharibəsi ilə bənzətmələr etmişdi.(konkret.az)

pia.az