Sevil Əliyevadan Vaqif Mustafayevin işdən azad edilməsi haqda açıqlama

Prezidentin bacısı: “Atam haqda çəkilmiş filmi məmurlar “brak” etdilər”...

Prezident İlham Əliyevin bacısı, "Space" televziyasının təsisçisi Sevil Əliyeva telekanal rəhbəri, rejissor Vaqif Mustafayevin vəzifədən azad olunmasından danışarkən onun ümummilli lider Heydər Əliyev haqda çəkdiyi, amma efirə getməmiş sənədli filmdən də söz açıb.

PİA.az xəbər verir ki, Sevil Əliyeva Haqqın.az-a deyib:

“Hələ də cənab Mustafayevə bir insan kimi hörmət edir və onu yaradıcı şəxs kimi qiymətləndirirəm. Çox təəssüf ki, onun atam barəsində olan "İnsanları xilas etməyə gedirəm" adlı əla bədii filmi vaxtilə Azərbaycan məmurları tərəfindən tamamilə haqsız olaraq "brak" edildi.

Halbuki məhz bu əsərdə Vaqif Mustafayev ümummilli lideri siyasətçi, dövlət məmuru deyil, sadəcə, insan kimi göstərmişdi. Ümidvaram ki, indi - ölkənin ideoloji siyasətinə cavabdeh olan məmurlar dəyişəndən sonra geniş ictimaiyyət nəhayət, bu əsərlə tanış olacaq.

Yeri gəlmişkən, mən filmin müəlliflərinə məsləhətlər verirdim, məsələn, Heydər Əliyeviç yalnız göy və boz kostyumlar geyinirdi, qara rəngi sevmirdi, bizim evdə interyerin çox isti, rahat olduğu və s. barədə təfərrüatları dəqiqləşdirirdim. Bu filmdə ən yaxşı rus aktyorları iştirak etmişdilər. Əminəm, Vaqif Mustafayevin Heydər Əliyev haqqında gördüyü işləri gənclərə göstərmək lazımdır ki, gələcək nəsillər müstəqil Azərbaycanı yaradanın necə insan olduğunu bilsinlər”.

pia.az