"Barselona"nın müdafiəçisi "Liverpul"un təklifini rədd edib

İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Umtiti İngiltərə "Liverpul"unun təklifini geri çevirib.

"Report" "El Mundo" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi qış transfer dönəmində 28 yaşlı müdafiəçini heyətinə qatmaq istəyib.

Ölkə çempionu fransalı oyunçu ilə əlaqə yaradıb, lakin rədd cavabı alıb. Nəticədə "Liverpul" Almaniya "Şalke"sindən Ozan Kabakı və "Preston"dan Ben Devisi transfer edib. Lakin klub üçün Umtitinin keçidi prioritetlərdən biri olub.

Qeyd edək ki, Samuel Umtiti cari mövsüm zədə səbəbindən cəmi 7 matçda iştirak edib.

pia.az