2021-ci ildə dünyanın iqtisadi artımı necə olacaq?

Beynəlxalq Valyuta Fondunun (BVF) 2020-ci il üçün hazırladığı Dünya İqtisadi Görünüş Hesabatına görə, qlobal iqtisadi artımın 3,5% olması gözlənilir...

Erdal Tanas Karagöl“Yeni Şafak” qəzeti, Türkiyə, 4 fevral 2021-ci il

2020-ci ildə Covid-19 pandemiyasının bütün sahələrə olduğu kimi, iqtisadi artıma da ciddi mənfi təsir göstərdiyini gördük. Ölkələrin təsir səviyyələri fərqli olsa da, 2020-ci il qlobal iqtisadi artım baxımından daralma ili oldu.

Bir çox ölkədə, eləcə də Türkiyədə 2020-ci ilin son rübünün göstəriciləri hələlik məlum olmadığı üçün illik qlobal iqtisadi artım rəqəmləri barədə bir məlumat verilməyib. Bununla birlikdə, ilk üç rübün göstəricilərinə və son rübün lider göstəricilərinə əsasən, müsbət iqtisadi artım ehtimalı da mövcuddur.

Məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) 2020-ci il üçün hazırladığı Dünya İqtisadi Görünüş Hesabatına görə, qlobal iqtisadi artımın 3,5% olması gözlənilir.

2021-ci il üçün iqtisadi artım proqnozu

BVF-nin hesabatına görə, 2021-ci ildə iqtisadi böyümə sürətinin 2020-dən daha yüksək olacağı gözlənilir. 2021-ci ildə yavaş başlayan vaksinlənmə prosesi iqtisadiyyatlar üçün yaxşı olsa da, ilk növbədə Avropada yeni dalğanın başlaması və yeni bir virus növünün ortaya çıxması iqtisadi böyümə üçün ciddi risk yaradıb.

Digər tərəfdən, 2020-ci ildəki daralmanın təsirinə görə 2021-ci ilin iqtisadi artım hesablaması da dəyişə bilər. Bu səbəblərdən BVF 2021-ci ildə qlobal iqtisadi böyümə ehtimalının 5,5% ola biləcəyini açıqlayıb.

Bu artım rəqəmləri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr baxımından təhlil edildikdə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın daha yüksək olacağı proqnozlaşdırılır. İnkişaf etməkdə olan ölkələr üçün iqtisadi böyümə ehtimalı 6,3% olsa da, inkişaf etmiş ölkələrdə bu nisbətin yüzdə 4,3 olacağı gözlənilir.

İnkişaf etməkdə olan ölkələr arasında ən yüksək böyüməni əldə edən Çində iqtisadi artım nisbətinin yenidən 8% səviyyələrində olacağı, Hindistanda isə bu nisbətin 11,5% olması gözlənilir. Türkiyə üçün 6% iqtisadi böyümə proqnozu təyin edilib.

İnkişaf etmiş ölkələrdən biri olan və dünyada ən böyük ÜDM-yə sahib olan ABŞ-da 2020-ci il iqtisadiyyatının 3,4% azaldığı, 2021-ci ildə isə iqtisadi böyümənin 5,1% olacağı təxmin edilir.

BVF-yə görə, qlobal iqtisadiyyatda gözlənilən bərpa prosesi ölkələrə görə dəyişəcək. Eyni zamanda, sürətli iqtisadi canlanma da bəzi şərtlərdən asılıdır. Bu amillər arasında səhiyyə və peyvəndin əlçatan olması, siyasi dəstəyin effektivliyi və ölkələrin müxtəlif struktur xüsusiyyətləri var.

İqtisadi dəstək iqtisadi böyümənin ən böyük qüvvəsi olacaq

Pandemiya dövründə vaksinlənmənin sürəti və virusun yeni versiyasının iqtisadiyyatlara necə mənfi təsir göstərəcəyi hələ dəqiq bilinməsə də, hökumətlərin verdiyi dəstəyin iqtisadi artım üçün kritik olduğu aydın görünür. Xüsusilə, kasıb ölkələr və inkişaf etməkdə olan ölkələr üçün beynəlxalq likvidliyə çatmaq iqtisadi böyümənin reallaşması və bu böyümənin davamlılığı baxımından olduqca vacibdir.

Əlverişli şərtlər altında beynəlxalq likvidliyə çatmaq və bu mənbəyi iqtisadi böyüməyə kömək edəcək investisiyalara yönəltmək vacibdir. Əlbəttə ki, buna nail olmaq üçün son vaxtlar dünyada azalmaqda olan beynəlxalq investisiyaların milli iqtisadiyyatlara axınını təmin etmək lazımdır.

Əlverişli şərtlər altında borc almaq və xaricdən birbaşa investisiya cəlb etmək birbaşa olaraq iqtisadiyyata olan inamın artması, qeyri-müəyyənliyin azaldılması və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az