“Fatimə mənə dediyi sözlərə görə peşman oldu“ - Oksana

Tanınmış rəqqasə, aktrisa Oksana Rəsulova depressiyada olduğunu deyib.

ARB telekanalında yayımlanan “Xəbər-Ətər” verilişinin qonağı olan sənətçi karantində depresiyaya düşdüyünü bildirib:

"Ötən il martın 5-dən depressiyaya düşdüm. Çox pis idim. Stressdən saçlarım töküldü, yarısı getdi. Bu günə qədər saçıma görə müalicə alıram. Özümə və ailəmə görə qorxdum”.

Oksana həmkarı Fatimə Fətəliyeva ilə barışmasından da bəhs edib:

"Pandemiyada bəzi insanlar həyatımızdan uzaqlaşdı, bəzisi yaxınlaşdı. "Maşın" şouda olan zaman mənə qarşı haqsızlıq oldu. Dörd kişi üstümə düşüb, məni təklədilər. Onda Fatimə gəlib mənə dəstək durdu. Filmimlə bağlı gözəl paylaşım etdi, qala gecəmə gəldi. Niyə də barışmayaq”.

Oksana Fatimənin onun haqqında verdiyi açıqlamalardan sonra peşman olduğunu qeyd edib:

“Ondan əvvəl aramızda yaxşı hallar yaşanmayıb. Haqqımda pis açıqlamalar vermişdi. Övladımla bağlı xoşagəlməz danışdı. Mənə pis təsir etdi. Sənət rəqabəti olar, şəxsi həyat yox. Hərənin öz həyatı var. Kim neçə dəfə ərdə oldu, uşağı yoxdu... Necə deyə bilərsən məndə filan şey var, səndə yox... Ondan sonra Fatimə peşman oldu".

pia.az