Kəmaləddin Heydərov yola salınır?.. - Onu kim əvəz edəcək?

Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovu da tənqid etməsi onun yaxın vaxtlarda istefaya göndəriləcəyi barədə iddialara səbəb olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Səlim Müslümovun həbs xəbərindən sonra isə artıq onun yerinə namizədin də bəlli olduğu deyilir. Lakin hələ ki, müzakirələrdə konkret ad çəkilmir.

İddialara görə, islahatlara uyğun olaraq Kəmaləddin Heydərov gənc kadrlardan biri ilə əvəzlənə bilər. Digər gənc kadrlar kimi yeni nazirin də xaricdə təhsil alan, kifayət qədər savadlı və iddiasız bir şəxs olacağı gözlənilir.

Növbəti mərhələdə isə Fövqəladə Hallar Nazirliyində (FHN) struktur dəyişikliklərini həyata keçiriləcəyi gözlənilir.

Məlumat üçün deyək ki, FHN Azərbaycanda ən monstr qurumlardan biridir. FHN Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə yaradılıb. 2006-cı il fevralın 6-da isə Kəmaləddin Heydərov fövqəladə hallar naziri təyin edilib.

Hazırda Kəmaləddin Heydərovun 7 müavini var:

1. Rəfail Xalid oğlu Mirzəyev – Birinci müavin2. Faiq Cavad oğlu Tağı-zadə3. Etibar Böyükbəy oğlu Mirzəyev4. Ragim Əhəd oğlu Lətifov5. Orucəli Məmməd oğlu Hacıyev6. Teymur Ramiz oğlu Mehdiyev7. Tapdıq Əhliman oğlu Əmiraslanov.

Nazirliyin aparatına 14 idarə daxildir:

1. Fövqəladə halların xəbardar edilməsi və daxili təhlükəsizlik Baş idarəsi

2. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdraəsi

3. Kadr siyasəti Baş İdarəsi

4. Maliyyə-iqtisadiyyat Baş İdarəsi

5. Baş əməliyyat idarəsi

6. Mülki müdafiə işinin təşkili Baş İdarəsi

7. Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi

8. Hüquq idarəsi

9. Statistika və informasiya texnologiyaları idarəsi

10. İctimaiyyətlə əlaqə idarəsi

11. Beynəlxalq əlaqələr idarəsi

12. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi

13. Rabitə idarəsi

14. Komendant xidmətinin təşkili və texniki təminat idarəsi.

FHN-nin strukturuna isə 23 qurum daxildir:

1. Dövlət Yanğından Mühafizə Xidməti

2. Dövlət Yanğın Nəzarəti Xidməti

3. Mülki Müdafiə Qoşunları

4. Dövlət Material Agentliyi

5. Su Ehtiyatları Dövlət Agentliyi

6. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi

7. Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi

8. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi

9. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti

10. Xüsusi Riskli Xilasetmə Xidməti

11. Xəzər Hövzə Qəza-xilasetmə Xidməti

12. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

13. “İzotop” Xüsusi Kombinatı

14. Əməliyyat-istintaq İdarəsi

15. Elm İstehsalat Birliyi

16. Mərkəzi laboratoriya

17. Əsaslı Tikinti İdarəsi

18. Maddi Texniki-Təchizat İdarəsi

19. Aviasiya dəstəsi

20. Tədris təlim mərkəzi

21. FHN-in Akademiyası

22. İdman sağlamlıq klubu

23. Tibb Xidməti.

FHN-in həm də 9 regional mərkəzi var:

1. Bakı Regional Mərkəzi

2. Sumqayıt Regional Mərkəzi

3. Şimal-qərb Regional Mərkəzi

4. Şimal Regional Mərkəzi

5. Gəncə Regional Mərkəzi

6. Aran Regional Mərkəzi

7. Muğan Regional Mərkəzi

8. Qarabağ Regional Mərkəzi

9. Cənub Regional Mərkəzi.

FHN-in hətta ayrıca nazirlik kimi fəaliyyət göstərməsini doğru saymayanlar da var. Lakin Nəqliyyat Nazirliyi kimi FHN-in də ləğv edilərək hansısa quruma birləşdirələcəyi inandırıcı görünmür.(hit.az)

pia.az