Mark Şnayeri Prezident İlham Əliyevə təşəkkür etdi

“Müsəlman ölkələri arasında ən böyük yəhudi icması Azərbaycanda yaşayır”.

PİA.az xəbər verir ki, bunu ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videoformatda görüş zamanı deyib.

Mark Şnayer ölkəmizdə digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevin digər icmalarla yanaşı, yəhudilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.(APA)

pia.az