Dadaşlinski ABŞ-dan Tarif Şurasına səsləndi - Video

İTV-də yayımlanan “3D” proqramının aparıcısı Dadaş Dadaşlinski ABŞ-a “səfəri” barədə yazıb.

O, bildirib ki, yanvarın 20-də dostu Cozef Baydenin dəvəti ilə onun inauqurasiya mərasimində iştirak etmək üçün ABŞ-a səfər edib:

“Düşünürdüm ki, efir gününə qədər işlərimi bitirib geri qayıda biləcəyəm. Çox təəssüf ki, yanvarın 23-ü dünya jurnalistikası böyük itki ilə üzləşdi: dostum, telejurnalistika əfsanəsi Larri Kinq 87 yaşında dünyasını dəyişdi. Təbii ki, onun yas mərasimində iştirak etməyə bilməzdim və Beverli-Qrova, Kaliforniyaya getməli oldum. Larrinin 40 mərasiminə qədər də burada qalmalı olacağam.

Ümidvaram ki, mənim bu qərarıma anlayışla yanaşacaqsınız”- deyə o əlavə edib.

Hörmətli tamaşaçılar! Bildiyiniz kimi, ayın 20-si dostum Cozefin dəvəti ilə onun inauqurasiya mərasimində iştirak etmək...

Posted by Dadaş Dadaşlinski on 26 Yanvar 2021, Çərşənbə axşamıD.Dadaşlinski ABŞ-da olan zaman Tarif Şurası tərəfindən suyun qiymətinin qaldırılması barədə qərarı da şərh edib.

Videonu təqdim edirik:

pia.az