Mikayıl Cabbarov: "İşğaldan azad edilmiş ərazilərdə 132 yaşayış məntəqəsi tamamilə dağıdılıb"

"İşğaldan azad olunmuş ərazilər üzrə əmlakın ilkin inventarlaşma üzrə işlər həyata keçirilir. Bu günə kimi 7 rayon üzrə 45 yaşayış məntəqələrində işlər yekunlaşıb".

PİA.az-ın xəbərinə görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, 30 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir:

"132 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib".

pia.az