Ötən il qeydiyyata alınan partiyaların adları açıqlandı

Hazırda Azərbaycanda 62 siyasi partiya fəaliyyət göstərir.

Bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov nazirlikdə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, ötən il 7 siyasi partiya qeydiyyata alınıb:

“Bunlar Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası, Müstəqil Xalq Partiyası, Gələcək Azərbaycan Partiyası, Xalq Partiyası və Respublikaçı Partiyasıdır”.

pia.az