Bakıda yaşayış binasında yanğın söndürülüb - Video, Yenilənib

Bakı şəhəri, Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində təmirdə olan mənzilin eyvanında su qızdırıcısı və yataq dəsti 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mili.Az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub

***

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

PİA.az-ın məlumatına görə, hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsindəki binada qeydə alınıb.

Belə ki, binanın 8-ci mərtəbəsindəki mənzillərdən birində alovlanma baş verib. Əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb. (Report)

pia.az