Şirvan Şəhər İcra Hakimiyyətindən yeni təyinatla bağlı yayılan xəbərlərə rəsmi açıqlama

Sosial şəbəkələrdə və bəzi saytlarda Aynur İmamverdi qızı Fərzəliyevanın Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunması ilə bağlı məlumatlar yayılıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən PİA.az-a bildirilib ki, hazırda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə kadr təyinatı olunmayıb.

Sosial şəbəkə istifadəçilərindən əsassız və qeyri-obyektiv məlumatların yayılmamasını və Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinad olunmasını xahiş edirik.

pia.az