“Twitter” Xameneinin hesabını əngəllədi

“Twitter” İranın lideri Ayətullah Əli Xameneinin hesabını əngəlləyib.

PİA.az xəbər verir ki, buna səbəb onun ABŞ-ın sabiq prezidenti Donald Trampın ünvanına təhdid dolu ifadələr işlətməsi olub.

Qeyd edək ki, o, paylaşımında İran İnqilab Keşikçiləri Ordusunun Komandanı Qasım Süleymaninin Trampın əmri ilə qətlə yetirildiyini vurğulayıb. (Yenisabah.az)

pia.az