Türkiyə Super Liqası: "Beşiktaş" qalib gəlib, "Fənərbaxça" büdrəyib

Türkiyə Super Liqasında XX tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun son günündə 4 matç baş tutub.

Çempionatın lideri “Beşiktaş” səfərdə “Fatih Karagümrük”lə görüşüb. Qonaqlar böyükhesablı qələbə ilə 3 xal qazanıb.

Liderliyə şərik “Fənərbaxça” çətin Sivas səfərində qüvvəsini sınayıb. İstanbullular məğlubiyyətdən qaçsalar da, xal itkisi ilə üzləşiblər.

Bir müddət liderlik edən “Alanyaspor”un enişi autsayderlər qrupunda yer alan “Ərzurum BB” ilə səfər oyunundakı heç-heçə ilə davam edib. Aşağı pillələrdə qərarlaşan “Ankaragücü” və “Kasımpaşa”nın dueliundə meydan sahibləri minimal hesabla qalib gəlib.

Qeyd edək ki, növbəti turun oyunları yanvarın 23-25-də keçiriləcək.

Türkiyə Super Liqası XX tur21 yanvar

“Ərzurum BB” – “Alanyaspor” – 1:1

Bassan, 31 – Bakasetas, 58

“Fatih Karagümrük” – “Beşiktaş” – 1:4

Borini, 78 (pen.) - Abubakar, 44, Mensah, 50, 70, Larin, 66

“Ankaragücü” – “Kasımpaşa” – 1:0

Haderqyonay, 16 (avtoqol)

“Sivasspor” – “Fənərbaxça” – 1:1

Yatabare, 18 – Valensiya, 45 (pen.)

pia.az