Dünyaca məşhur fotoqraf 20 Yanvar hadisələri ilə bağlı kitab dərc edib - Fotolar 

Dünyaca məşhur fotoqraf Reza Deqati 20 Yanvar hadisələri ilə əlaqədar kitab dərc edib.

Musavat.com bildirir ki, bu barədə fotoqraf sosial şəbəkədə məlumat yayıb.

Reza Deqati canlı şahidi olduğu 20 Yanvar hadisəsi haqqında qeyd edib ki, Azərbaycanda həmin ərəfədə Sovet imperiyasına qarşı etirazlar başlamışdı. Fotoqraf bildirib ki, bu cəsarəti cəzalandırmaq üçün sovet ordusunun tankları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə atəş açaraq, paytaxt Bakıya girdilər: "Nəticədə yüzlərlə ölən və yaralanan oldu. Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq 48 saatdan sonra gizli formada Moskvadan bir qatarla Bakıya çatmağı bacardım. Fotoşəkillərin bir hissəsini maşınların şüşələrindən çəkdim. O gecədən etibarən qırmızı qərənfillər yalnız cənazə mərasimlərində istifadə olunur və müstəqillik uğrunda mübarizə zamanı ölənlərin xatirəsini anmaq üçün qəbirlərin üstünə qoyulur",-deyə fotoqraf bildirib.

pia.az