Ötən il dövlət büdcəsindən YAP-a 2 milyon manatadək vəsait ayrılıb

Ötən il dövlət büdcəsindən Yeni Azərbaycan Partiyasına ayrılan vəsait məlum olub.

PİA.az-ın məlumatına görə, bu, YAP-ın 2020-ci ilə dair gəlirləri və xərcləri barədə hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, 2020-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 12 288 708 manat olub:

“Bunun 10 346 294 manatını üzvlük haqları, 1 942 414 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib”. (APA)

pia.az