Almaniyada Merkelin yerinə keçəcək adam bəlli oldu

Almaniyanın hakim Xristian-demokrat ittifaqı partiyası kansler Angela Merkeldən sonra gələcək liderini seçib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, Şimali Reyn-Vestfaliya əyalətinin baş naziri Armin Laşetdir.

Qeyd etmək lazımdır ki, Armin Laşetdən başqa bu post uğrunda bir neçə namizəd mübarizə aparırdı. Bunların içində partiyanın parlament fraksiyasının rəhbəri Fridrix Merts və Bundestaqın xarici siyasət üzrə komitəsinin rəhbəri Norbert Rettgenin isimləri önə çıxırdı.

Armin Laşet qurultay nümayəndələri qarşısındakı təşəkkür çıxışında sağ terrorçulara ölkədə iğtişaş və qarışıqlıq törətməsinə imkan verməyəcəyini bildirib. Qalib siyasətçi radikal ünsürlərin ötən il parlamentin binasına girməyə cəhd etdiyi də xatırladıb. Yeni rəhbər Almaniyanı nifrətin hər formasından müdafiə olunmağa çağırıb.

Xatırladaq ki, ötən il dekabr ayının 31 Angela Mekel kansler olaraq sonuncu dəfə alman xalqına müraciət edib. Qüdrətli siyasətçi bu postu 2005-ci ilin noyabr ayının 22-dən tuturdu.

pia.az