Vətəndaşlarımız Gürcüstandan təxliyə edilib - Video

Bu gün pandemiya səbəbindən Gürcüstanı qalan daha 250 Azərbaycan vətəndaşının ölkəyə təxliyəsi həyata keçirilib.

COVID-19 virusu aşkarlanmayan şəxslər Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında səfirlik nümayəndəsi tərəfindən xüsusi arayışlar verilərək təxliyə edilib.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə iki minə yaxın azərbaycanlının ölkəsinə qayıtması təmin edilib.

pia.az