Azərbaycan Kubokunun oyunlarının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.

Bir oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək.

Mərhələnin “Qaradağ Lökbatan” – “Zirə” qarşılaşması Peşəkar Futbol Liqasının “YouTube” kanalında, digər oyunlar isə “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

24 yanvar

“Səbail” – “Zaqatala”“ASCO Arena”, 15:00

25 yanvar

“Turan Tovuz” – “Qəbələ”Tovuz şəhər stadionu, 14:00

“Sabah” – “Kəpəz”“Bank Respublika Arena”, 17:00

“Qaradağ Lökbatan” – “Zirə”“Dalğa Arena”, 16:00

pia.az