Göyçayda 5 otaqlı ev yandı

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Birinci Ərəbcəbirli kəndində ümumi sahəsi 160 kvadrat metr olan birmərtəbəli, beşotaqlı evin iki otağının, mətbəxinin yanar konstruksiyaları 50 kvadrat metr sahədə və dam örtüyü 40 kvadrat metr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

pia.az