Rusiya istehsalı “Sputnik V” peyvəndinin “Twitter” hesabı bloklandı

“Twitter” Rusiya istehsalı olan “Sputnik V” vaksininin hesabına girişi məhdudlaşdırıb.

Bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat yayıb.

“Sputnik V”nin “@sputnikvaccine” hesabı blok edildi. Səbəblərini araşdırırıq”, - İnvestisiyalar Fondunun yaydığı açıqlamada qeyd olunub.

Fond bütün abunəçilərdən hesablarına girişi bərpa etmək üçün “Twitter”lə əlaqə qurmalarını xahiş edir.

pia.az