Polietilen torbalar: qanun var, cəza var, təklif yoxdursa nə etməli?

Qalınlığı 15 mikrona kimi olan torbalara yanvarın 1-dən qadağa qoyulsa da əvəzləyicisi olmadığı üçün hələ də satışdadır. İri və xırda ticarət mərkəzlərində isə, qadağaya necə əməl edilməsi sual doğurur...

Alternativlər kağız, bioparçalanan torbalar və qablaşdırmalar olsa da hələ ki, məsələnin həlli istiqamatində detallar müəyyənləşməyib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Günel Bəhramqızı və Ekologiya və Təbii Sərvətlər nazirliyinin sektor müavini Mehman Nəbiyev məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanmış “Ətraf mühitin mühafizəsi haqqında” qanuna edilmiş dəyişikliklər bu ilin əvvəkindən qüvvəyə minib.

Qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

PİA.az sözügedən süjeti təqdim edir:

pia.az