İlham Əliyev hərbi qulluqçulara ad verdi

Prezident Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb
Sərəncamda deyilir:Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında fədakar əməyinə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzunmüddətli səmərəli fəaliyyətinə, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:“Xalq artisti”Qəniyev Heydər Anatollu oğlu – gizir“Əməkdar incəsənət xadimi”Kərimov Anar Elman oğlu – polkovnik-leytenantAxundzadə Rüfət Yusif oğlu – mayor“Əməkdar artist”Hacıyev Rafiq Cəlil oğlu – mayor“Əməkdar həkim”Həsənov Qurban Qeybqulu oğlu – tibb xidməti polkovniki“Əməkdar müəllim”Abbasov Abbas Fətulla oğluBağırova Təyibə İbrahim qızı.İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 24 iyun 2014-cü il.