Donald Trampın oğlu: “Dünya ABŞ-a gülür” 

ABŞ Prezidentinin oğlu Donald Tramp atasının “Twitter” hesabının bloklanmasına münasibət bildirib.

Bu barədə oğul Donald Tramp “Twitter” hesabında yazıb. “Dünya ABŞ-a gülür, Mao, Lenin və Stalin isə gülümsəyir. Texnologiya nəhəngləri prezidenti senzuraya məruz qoya bilər?”, - deyə D.Tramp bildirib.

O, qeyd edib ki, ölkədə söz azadlığı ölüb və nüfuzlu solçular tərəfindən idarə olunur.  (oxu.az)

pia.az