Qırğızıstanda növbədənkənar prezident seçkiləri və referendum keçirilir

Qırğızıstanda vaxtından əvvəl prezident seçkiləri və idarəetmə formasına dair referendum bu gün yerli vaxtla saat 08:00-da başlayıb.

PİA.az xəbər verir ki, bütün ölkə üzrə 2474 seçki məntəqəsi açılıb.

Məlumata əsasən, 3 milyon 563 min 574 seçici Qırğızıstanda keçirilən prezident seçkiləri və referendumda səs verə biləcək.

Qırğızıstan Respublikasının idarəetmə formasının seçilməsi ilə bağlı referenduma aşağıdakı məsələ təqdim olunur:

– prezident respublikası,

– parlamentli respublikası

– bütün seçimlərə qarşı.

pia.az