"Qalatasaray"dan böyük hesablı qələbə

Türkiyə Super Liqasında XVIII tura 4 oyunla start verilib.

PİA.az xəbər verir ki, liderlər qrupunda qərarlaşan “Qaziantep” səfərdə “Sivasspor”a məğlub olub.

Qonaqlar erkən qolla önə keçsə də, “igidlər” əzmkar qələbə qazanmağı bacarıb.

Son iki turda 1 xal toplayaraq liderliyi əldən verən “Qalatasaray” “Gənclərbirliyi”ni sınağa çəkib. “Cim-bom” rəqibdən 3 xalı 6 cavabsız qolla alıb.

Turun digər oyunları 10-11 yanvarda keçiriləcək.

pia.az