3 aya yaxın vaxt ötüb, amma Xudayar və onlarla digər şəhidin qəbir üstü düzəlməyib...

Vidadi İsayevin şəhidlərə münasibəti...

44 günlük Vətən Müharibəsinin bitməsindən 2 aya qədər, müharibənin başlamasından isə 3 aydan artıq vaxt keçməsinə baxmayaraq Bərdədə şəhidlərin qəbir üstü düzəlməyib və qəhrəmanlarımıza baş daşı qoyulmayıb. PİA.az xəbər verir ki, sosial şəbəkələrdə bu barədə yayılan videogörüntülərdə bildirilir ki, şəhidlərin dəfn olunmasından 3 aya yaxın vaxt keçsə də onların qəbirüstü düzəlməyib. Şəhidlərin kimliklərini təsdiq edən lövhələr belə qoyulmayıb və bəzi şəhid ailələri öz övladlarının məzarını tapmaqda çətinlik çəkirlər.

Yerli sakinlər Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevi şəhidlərlə, onların ailələrinin problemləri ilə maraqlanmadıqlarını iddia edirlər.

PİA.az sözükeçən videoçarxı təqdim edir:

Qeyd edək ki, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin yaxın ətrafına aid olan Vidadi İsayev ölkənin oliqarx-başçıları arasında yer alır. Yerli mətbuatda zaman-zaman Bərdənın ıcra başçısının on milyonları ötən sərvəti və korrupsiya fəaliyyəti ilə bağlı ciddi ittihamlar səsləndirilib.

pia.az