Onu bəyənməyən oğlanın acığına 52 kq arıqladı - Fotolar

Sevdiyi oğlanın onu rədd etməsindən sonra dəyişimi ilə hər kəsi təəccübləndirən türkiyəli qız xeyli çəki atıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı qız 120 kiloqramdan 68 kiloya düşüb.

O, sevdiyi oğlana sevgisini etiraf etdikdən sonra kök olduğuna görə oğlanın onu ələ salıb rədd etdiyini deyib. Bundan sonra depressiyaya düşən qız daha sonra əzmlə çalışaraq bu qədər çəki atdığını söyləyib:

"Mənim bu qədər arıqlma səbəbim sevdiyim oğlan oldu. Bir neçə aydır ki, sevdiyim və bu gün adını belə dilimə gətirmək istımədiyim həmin oğlana sevgimi etiraf edəndə məni ələ salaraq “məni bu görünüşünlə sevirsən?” - deyərək məni rədd etdi. Onun sözləri mənə çox təsir etdi. Uzun müddət depressiyada oldum. Sonra güc toplayıb idmana və dietaya başladım. Məqsədim 60 kiloqrama qədər düşməkdir”.

pia.az