“Arsenal” Kataloniya klubunun yetirməsi üçün 32 milyon təklif edir

İngiltərənin “Arsenal” klubu İspaniyanın “Sevilya” klubundan yarımmüdafiəçi Joan Jordanı istəyir.

Bunun üçün ispaniyalı baş məşqçi Mikel Artetanın çalışdırdığı London klubu Sevilya təmsilçisinə 32 milyon funt təklif edib.

Futbolçu özü isə açıqlamasında “Sevilya”nın iddialı klub olduğunu və bu keçid barədə danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, milliyyətcə katalon olan Joan Jordan “Espanyol”un yetirməsidir. O, 2019-cu ilin iyununda “Eybar”dan “Sevilya”ya 14 milyon avro qarşılığında transfer olunub.

pia.az