Rusiyada mitinq və nümayişlərlə bağlı yeni qadağa

1 yanvar 2021-ci il tarixindən etibarən Rusiya ərazisində mitinqlər, nümayişlər, yürüş və piketlər zamanı pirotexniki məhsulların istifadəsi qadağan edilir.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin təsdiqlədiyi yanğın rejimi qaydalarında qeyd olunub.

Bildirilib ki, pirotexniki məhsulların təhlükəsizliyi haqqında Gömrük İttifaqının texniki qaydalarına görə, bəzi istisnalarla pirotexniki məhsulların istifadəsi qadağandır.

Pirotexnikadan istifadə qadağasının binaların damlarına, evlərin eyvanlarına, mədəni irs obyektlərinə, tarixi abidələrə, qəbiristanlıqlara, təbiət qoruqlarına, milli parklara da aid olduğu vurğulanıb.

pia.az