Balasanyan Qarabağda diktatorluğunu elan edib...

Qondarma qurumun təhlükəsizlik şurasının sədri Vitali Balasanyan "Artsax"da əməlli-başlı öz diktaturasını elan edib.

PİA.az xəbər verir ki, Balasanyanın qərarına görə Araik Arutunyan başda olmaqla bütün banda rəhbərlərinin "Facebook" səhifəsi silinəcək. Bundan başqa iş vaxtında aktiv olan "Facebook" səhifələri də bağlanacaq və həmin səhifələri işlədənlər cəzalandırılacaq. Balasanyan hesab edir ki, artıq "Facebook"dan reallığa dönmək vaxtıdır.

Ancaq bu, hələ hamısı deyil. Mikrob diktator rolunu üzərinə götürən Balasanyanın qərarı ilə gələn il yanvarın 1-dən sonra Dağlıq Qarabağda spirtli içkidən və narkotikdən istifadə edən bütün ermənilər və rus sülhməramlıları (!) polis tərəfindən ən sərt şəkildə cəzalandırılacaq. Sülhməramlıların cəzalandırılmasına gəlincə, Balasanya izah edib ki, bunu general Muradov edəcək.

Yaxşı olardı ki, Balasanyan və onun "uşağına" çevrilən general Muradov İranda olduğu kimi içki içənlərə şallaq cəzası kəssinlər...

pia.az