Azərbaycan gübrə idxalını 3 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 96,15 milyon ABŞ dolları dəyərində 328,1 min ton gübrə idxal edib.

PİA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 milyon dollar (11,9 %) az və 9,3 min ton (2,9 %) çoxdur.

Hesabat dövründə gübrə idxalı Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.

pia.az