Türkiyə klubuna transfer qadağası qoyuldu

UEFA Türkiyənin "Ankaragücü" klubuna transfer qadağası qoyub.

PİA.az qol.az-a istinadən xəbər verir ki, bunu Superliqa təmsilçisinin prezidenti Fatih Mert yerli mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, əvvəlki dövrdən qalan iki sənədin xəbərdarlıq müddəti bitmək üzrədir və bu səbəbdən klub cəza ilə üzləşir.

Klub rəhbəri sponsor tapmaqda çətinlik çəkdiklərini bildirib.

pia.az