"Aqil bilmədi ki, bu günün sabahı da var" - Oksana

Rəqqasə-aktrisa Oksana Rəsulova "Fəlidən doğru xəbər" proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, sənətçi rejissor Aqil M. Quliyevlə bağlı etiraf edib. Oksana bildirib ki, ilk vaxtlar sənətə gələndə Aqil onunla işləməkdən imtina edib:

"Bir klip var idi, baxdım xoşuma gəldi. Azərbaycana yeni gəlmişdim, maraqlandım ki, rejissorlar kimdir. Baxdım ki, Aqil M.Quliyev çəkib. Getdim yanına, videolarımı göstərdim ki, klip çəkdirmək istəyirəm. Qayıtdı ki, sən bu sənətə gəlmə. Getdim başqa rejissora çəkdirdim. Aqil bilmədi ki, bu günün sabahı da var. Sonra görəndə ki, tanınmış simayam təəccübləndi. Peşmançılıq da çəkdi".

pia.az